Futbol üzrə Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Matc.az xəbər verir ki, artıq növbəti mərhələdə hansı komandaların üz-üzə gələcəyi də məlumdur.
 
Azərbaycanın bu turnirdəki təmsilçisi "Qarabağ", Kiprin AEL (Limassol) klubu ilə üz-üzə gələcək. 
 
"Keşlə"ni mübarizədən kənarlaşdıran "Soçi" (Rusiya) Serbiya "Partizan"ı ilə qarşılaşacaq. "Sumqayıt"ın keçə bilmədiyi Serbiya "çukariçki"si isə İsveçin "Hammarbü" komandası ilə üz-üzə gələcək.
 
Türkiyə təmsilçilərindən "Trabzonspor" "Molde" (Norveç) ilə qarşılaşacaq. "Sivasspor" isə Gürcüstanın "Dinamo" (Batumi) komandasına rəqib olub.
 
Qeyd edək ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin oyunları 5-12 avqustda olacaq.
 
Avropa Konfrans Liqası
III təsnifat mərhələsi
 
"Makkabi" (Hayfa, İsrail) – "Torshavn" (Farer adaları)
 
"Linfild" (Şimali İrlandiya) - "Fola Eş" (Lüksemburq)
 
"Şemrok Rovers" (İrlandiya) – "Teuta" (Albaniya)
 
"Riqa" (Latviya) - "Hibernians" (Malta)
 
"Priştina" (Kosovo) - "Bodo Qlimt" (Norveç)
 
"Dinamo" (Batumi, Gürcüstan) - "Sivasspor" (Türkiyə)
 
"KuPS" (Finlandiya) - "Astana" (Qazaxıstan)
 
"Soçi" (Rusiya) – "Partizan" (Serbiya)
 
"Şlensk" (Polşa) – "Hapoel" (Beer-Şeva, İsrail)
 
"Santa Klara" (Portuqaliya) – "Olimpiya" (Sloveniya)
 
"Uypeşt" (Macarıstan) – "Bazel" (İsveçrə)
 
"Kolos" (Ukrayna) - "Şaxtyor" (Karaqandi, Qazaxıstan)
 
"Elfsborq" (İsveç) – "Velej" (Bosniya və Herseqovina)
 
"Pasuş de Ferreyra" (Portuqaliya) – "Larne" (Şimali İrlandiya)
 
"Lütsern" (İsveçrə) – "Feyenoord" (Niderland)
 
RFS (Latviya) – "Gent" (Belçika)
 
"Hibernian" (Şotlandiya) – "Riyeka" (Xorvatiya)
 
"Breydablik" (İslandiya) – "Aberdin" (Şotlandiya)
 
"Trabzonspor" (Türkiyə) – "Molde" (Norveç)
 
"Bohemians" (İrlandiya) – PAOK (Yunanıstan)
 
TNS (Uels) – "Viktoriya" (çexiya)
 
"Rakov" (Polşa) – "Rubin" (Rusiya)
 
"Lokomotiv" (Plovdiv, Bolqarıstan) – "Kopenhagen" (Danimarka)
 
"çukariçki" (Serbiya) – "Hammarbü" (İsveç)
 
"Tobol" (Qazaxıstan) – "Jilina" (Slovakiya)
 
çSKA (Sofiya, Bolqarıstan) - "Osiyek" (Xorvatiya)
 
"Voyvodina" (Serbiya) – LASK (Avstriya)
 
AEL (Kipr) – "Qarabağ" (Azərbaycan)
 
"Spartak" (Trnava, Slovakiya) – "Makkabi" (Təl-Əviv, İsrail)
 
"Rusenborq" (Norveç) – "Domjale" (Sloveniya)
 
"Laçi" (Albaniya) – "Anderlext" (Belçika)
 
"Vitess" (Niderland) – "Dandalk" (İrlandiya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest