Fransanın "Monako" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi Niderlandın "Alkmaar" klubundan Mayron Boadunu transfer edib.
 
Bu barədə "Monako"nun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı niderlandlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
 
Mayron "Alkmaar"la ötən mövsüm 38 oyunda 15 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest