"Pekhart hələ optimal formada deyil. Onun düzgün hazırlaşmasını istəyirik. Həftə ərzində Pekhartla danışdım, qərarlarımı və gözləntilərimi izah etdim"

"İlk oyun arxada qaldı. Nəticə matçın gedişatını göstərir, hər iki komandanın öz imkanları var idi. "Dinamo" üstün idi, amma biz də komanda olaraq hərəkətlər edə bildik. Ot örtüyünün səviyyəsi yaxşı deyildi. Varşavada bu baxımdan problem olmayacaq. Bu matçda bütün oyunçular tərifə layiq idi. Hər şey ikinci görüşdə həll olunacaq". Matc.az xəbər verir ki, bu sözləri Polşa "Legiya"sının baş məşqçisi çeslav Mixneviç çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Zaqrebdə "Dinamo" ilə 1:1 hesablı heç-heçə etdikləri ilk oyundan sonra mətbuat konfransında deyib.
 
O, Tomas Peskarda start heyətdə şans verməməsi haqda da danışıb. Mütəxəsssis bildirib ki, millimizin üzvü Mahir Emreli və Rafael Lopes dünənki matç üçün sistemə daha uyğun olub: "Pekhart hələ optimal formada deyil. Onun düzgün hazırlaşmasını istəyirik. Həftə ərzində Pekhartla danışdım, qərarlarımı və gözləntilərimi izah etdim. Mahir Emreli və Rafael Lopes kimi gənc oyunçularımız var. Heyətdə dəyişikliklər edəcəyik. Bu gün (dünən-red) Emreli və Lopes 3-5-2 sistemində oynamağa daha çox uyğun idi".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest