Türkiyə milli komandasının yeni baş məşqçisi məlum olub.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Vinçenso Montellanın gedişindən sonra boş qalan posta təcrübəli mütəxəssis Sergen Yalçın gətirilib. Tərəflər arasında 4 illik müqavilə imzalanıb. Son olaraq "Antalyaspor"u çalışdıran 53 yaşlı mütəxəssis yeni vəzifəsi haqqında danışarkən maliyyə məsələlərinin onun üçün arxa planda olduğunu vurğulayıb.
O, təyinatı barədə bu sözləri qeyd edib: "Milli komandaya rəhbərlik etmək hər bir məşqçinin xəyalıdır. Ay-ulduzlu forma hər şeydən üstündür. İnanın, federasiya rəhbərliyi ilə hələ maaş məsələsini belə müzakirə etməmişəm. Mövzu vətən və milli komanda olanda pul ikinci plana keçir. Bizim tək hədəfimiz xalqımızı sevindirmək və komandanı layiq olduğu yerlərə daşımaqdır".













