İngiltərənin "Aston Villa" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sauthempton"dan Denni İnqsi transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
 
İngiltərə mətbuatının xəbərinə görə, "Aston Villa" İnqs üçün "Sauthempton"a 35 milyon avro ödəyib.
 
İnqs 2015-2018-ci illərdə "Liverpul"da çıxış edib. O, 2019-cu ilin yayından "Sauthempton"da idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest