Azərbaycanlı iş adamı Nəsib Piriyevin rəhbərliyində yer aldığı "PAİ Capital" şirkəti İngiltərənin "Vest Hem" klubunu almaq istəyir. Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
 
"PAİ Capital" şirkəti London klubunun səhmləri üçün 400 milyon funt-sterlinq ödəməyə hazırdır.
 
Şirkət rəhbərliyinin belə istəyi birbaşa Piriyev amili ilə bağlıdır. "PAİ Capital"ın idarəetmə tərəfdaşı olan Piriyev "Vest Hem" azarkeşidir. O, 1986-cı ildən bu komandaya fanatlıq edir.
 
Piriyev həm də "PNN Group" və "AzMeCo"nun təsisçilərindən biridir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest