"Qəbələ" İdman Klubu Azərbaycanın daha bir tanınmış markası ilə əməkdaşlığa başlayıb. Matc.az xəbər verir ki, Tikinti materialları sektorunda liderlərdən olan "Gilan&Knauf" brendi artıq bu komandanın titul sponsorudur.
 
"Qəbələ" İdman Klubu ilə "Gilan&Knauf" arasındakı sponsorluq razılaşması 1 il müddətinə imzalanıb. Anlaşmaya əsasən əsas komandanın oyun formalarının ön hissəsində "Gilan&Knauf" brendinin loqosu əks olunacaq. 
 
"Gilan&Knauf"un əsası "Gilan Holdinq" və "Knauf Gips AG" tərəfdaşlığı ilə 2006-cı ildə qoyulub. "Gilan&Knauf" tikinti materialları sahəsində Azərbaycanda lider şirkətlərdəndir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest