Almaniya milli komandasının və "Bayern" (Münhen) klubunun sabiq hücumçusu, futbol tarixinin ən yaxşı bombardilərindən olan Herd Müller vəfat edib.
 
Matc.az xəbər verir ki, Müller 76 yaşında vəfat edib. 76 yaşında dünyasını dəyişən idmançının ölüm səbəbləri açıqlanmır. 2015-ci ildə futbolçuda altsqeymer xəstəliyi aşkarlanmışdı.
 
Mərhum futbolçu zəngin karyerası ərzində 580 oyunda 523 qol, 104 məhsuldar ötürmə müəllifi olmuşdu. O, üç dəfə Avropa kubokunun qalibi olub. Futbolçu 1964-1979-cu illərdə "Bayern"də çıxış edib, eləcə də Almaniya millisinin uğurları üçün çalışıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest