İtaliyanın "Napoli" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi bu yay "Roma"dan ayrılan və azad agent statusu daşıyan Juan Jezusu heyətinə qatıb.
 
Bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı braziliyalı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.
 
Braziliya yığmasında da oynamış Juan Jezus, 2016-cı ildən "Roma"da çıxış edirdi. O, paytaxt təmsilçisində 102 matça çıxıb, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest