"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer Premyer Liqanın 2-ci turu çərçivəsində "Sauthempton"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, norveçli mütəxəssis, 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
 
"Belə bir oyunda üç xal qazanacağınızı düşünürsüz. İlk dəqiqələrdə rəqib ciddi təzyiq göstərirdi, amma bunun öhdəsindən gəldik. Qol buraxana qədər axmaq bir futbol oynadıq. Son dəqiqələrdə də diqqətsiz idik və çox pis oynadıq.
 
Hakim qərarları müzakirə oluna bilər. Futbolçularımızı təpikləyirlər, hakim də buna icazə verir. Hakimlər buna göz yumursa, deməli, futbolçularımız tez-tez zədələnəcəklər. ümid edirəm ki, hakimlər bundan sonra daha diqqətli olarlar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest