"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Aberdin" (Şotlandiya) futbolçusu Lyuk Terneri icarəyə verib. Matc.az xəbər verir ki, 19 yaşlı müdafiəçi Şimali İrlandiyanın "Kliftonvill" klubuna keçib.
 
Bu barədə "Aberdin"in mətbuat xidməti məlumat yayıb. Terner 2021/2022 mövsümünü icarə əsasında "Kliftonvill"də keçirəcək.
 
"Aberdin" – "Qarabağ" matçı avqustun 26-da keçiriləcək. Komandalar arasında Bakıda baş tutan ilk görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest