İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola açıqlama verib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 2023-cü ildə "şəhərlilər"i tərk edəcəyini bildirib:
 
"2023-cü ildə məşqçiliyə fasilə vermək istəyirəm. Bundan sonra artıq milli komandada işləmək niyyətindəyəm. Avropa çempionatı, Amerika kuboku, dünya çempionatı kimi turnirlərdə də təcrübə qazanmaq istəyirəm".
 
2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edən Qvardiolanın müqaviləsi 2023-cü ilin yayına qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest