Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov Dç-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, "Neftçi"nin futbolçusu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Lüksemburqla oyunda məğlub olmağımız xoş deyildi. Sabahkı oyunda nəticə qazanmaq lazımdır. Əlimizdən gələni edəcəyik ki, evə əliboş qayıtmayaq. Hamı bizdən yaxşı oyun, yaxşı nəticə gözləyir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest