Futbol üzrə Niderland 2-ci liqasında 5-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Maastrixt”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
 
Ozan da bu matçın iştirakçısı olub. O, 38-ci dəqiqədə meydana buraxıb. Kökçü 54-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
“Telstar” 2-ci liqada 5 turdan sonra cəmi 2 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest