Portuqaliya yığmasının futbolçusu Ruben Neveş Azərbaycan millisi haqda danışıb. Matc.az xəbər verir ki, Qətərlə yoldaşlıq görüşündən (3:1) sonra yerli mətbuata açıqlama verən "Vulverhempton"un 24 yaşlı futbolçusu bildirib ki, milli komandasını qarşıda çox çətin qarşılaşma gözləyir:
"Qarşıda Azərbaycanla ağır oyun var. öz meydanında rəqiblərinə çətinliklər yaradan bir komanda ilə qarşılaşacağıq. Bütün komanda yoldaşlarım, eləcə də digər millilər Bakı səfərinin ağır keçdiyini etiraf edirlər. Bu səbəbdən əlimizdən gələni etməliyik".
Qeyd edək ki, Azərbaycan – Portuqaliya görüşü sentyabrın 7-də keçiriləcək.   
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest