10 Sentyabr 2021, 11:52
FUTBOL
I MDB oyunları çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün turnirdə son oyununu keçirəcək. Matc.az xəbər verir ki, 5-ci yer uğrunda qarşılaşmada komandamız Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.
Xatırladaq ki, yığmamız qrup mərhələsində Belarusa 0:6, Qırğızıstana isə 3:8 hesabıyla uduzub.