ABŞ-ın "çinçinnati" komandasının baş məşqçisi Yap Stam istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Niderlandlı mütəxəssisin qovulmasına uğursuz nəticələr səbəb olub. Şərq konfransında mübarizə aparan və son 7 oyunun 6-da uduzan komanda hazırda 20 xalla 14 klub arasında 13-cü pillədə qərarlaşıb.
 
Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəsinin PSV, "Ayaks", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Milan" və "Latsio" komandalarında çıxış etmiş Yap Stam, 2020-ci ilin mayında "çinçinnati"yə rəhbərlik edirdi. 49 yaşlı mütəxəssis daha öncə "Feyenord", "Zvolle", "Ridinq" kimi komandalarda da baş məşqçi olub, "Ayaks"ın gənclərdən ibarət kollektivini çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest