Türkiyənin "Beşiktaş" klubunun zədəli futbolçusu Miralem Pyaniçin son durumu məlum olub. Matc.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi azı üç həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə Pyaniç Bosniya və Herseqovina mətbuatına açıqlamasında deyib.
 
Pyaniç "Beşiktaş"ın Super Liqada 7-ci tur çərçivəsində "Altay"a qarşı keçirdiyi oyunda (1:2) zədələnib. İstanbul təmsilçisinda onunla yanaşı daha 10 futbolçu zədə və xəstəlik səbəbindən komandaya kömək edə bilmir. "Qara qartallar" belə ciddi itkilərin fonunda bu gün UEFA çempionlar Liqasında "Ayaks"ın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest