Futbol üzrə İrlandiya millisi Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyundan əvvəl heyətlə bağlı problemlə üzləşib. Matc.az xəbər verir ki, 22 yaşlı müdafiəçi Dara O Şi zədəli olduğu üçün qarşıdakı oyunda komandasına kömək edə bilməyəcək.
 
Bundan əlavə, Ceyson Molumbi və Alan Braun cəza, kapitan Şeymus Koulman isə zədə səbəbindən matçı buraxacaq.
 
Mett Doherti, Ceff Hendrik və Adam İdahın isə durumu hələlik bəlli deyil. Hər üç oyunçu yenicə sıraya dönüb.
 
Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest