Futbol üzrə çexiya 2-ci divizionunda 10-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Trineç"lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.
 
"Viktoriya" 10 turdan sonra 8 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest