Futbol üzrə Azərbaycan Birinci Divizionunda 3-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.
 
"Keşlə"nin ikinci komandası Bakıda "Qəbələ"nin əvəzediciləri ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçəylə bitib.
 
Birinci Divizion
3-cü tur
28 sentyabr
 
Kəpəz – Qarabağ-2 4:2
Qol: Vüsal Məsimov, 52. Tural Rzayev, 68-pen. Cavid İmamverdiyev, 90+3. Bəhruz Teymurov, 90+7 – Seyxan Fərəcov, 7. Sultan Mustafayev, 45+1.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Qəzənfər Məmmədov, Emin Əliyev
Gəncə şəhər stadionu, 15:00
 
Neftçi-2 – Qaradağ Lökbatan 0:4
Qol: ürfan İsmayılov, 30. Həbib İsmayılov, 37. Əlibala Ağayev, 52. Elnur Səmədov, 56.
Hakimlər: Rauf Allahverdiyev, Nahid Əliyev, Vüqar Bayramov, Elvin Bayramov.
"Neftçi" klubunun bazası (4-cü meydança), 16:00.
 
29 sentyabr
 
Turan Tovuz – Sabah-2 1:3
Qol: Sadiq Şəfiyev, 26 – Ceyhun Nuriyev, 70; 87. Fərid Kərimzadə, 77.
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Səbuhi Soltanov, Cavid Cəlilov.
Tovuz şəhər stadionu, 15:00.
 
Zirə-2 – MOİK 0:4
Qol: Emin Mehdiyev, 2-pen. Rafael Qavami, 37. Elşən Veysov, 45+1. Ruslan Voronsov, 81.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüsal Məmmədov, Vüqar Həsənli.
Bakı. "ASK Arena", 15:00.
 
Səbail-2 – Zaqatala 2:0
Qol: Aydın Ağazadə, 12. Zeynəddin Əbdürahmanov, 47.
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
Bakı. "ASCO Arena", 16:00.
 
4 oktyabr
 
Keşlə-2 – Qəbələ-2 1:1
Qol: Anatole Abanq, 11 – Süleyman Damadayev, 46.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev.
Bakı. "ASK Arena", 15:00.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest