Dç-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Andorra - İngiltərə matçından əvvəl xoşagəlməz hadisə yaşanıb. Matc.az xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi "La Vella" stadionunda yanğın hadisəsi baş verib.
 
Yanğın nəticəsində Video Köməkçi Hakim (VAR) sisteminin monitoru partlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.
 
Bu gün keçiriləcək Andorra – İngiltərə matçına saat 22:45-də start veriləcək.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest