Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.
 
Gənclər Liqasının “Qarabağ” – “Sumqayıt” oyununda “Sumqayıt” əsasnamənin 5.2-ci maddəsinin tələblərini (limit) pozduğu üçün komandaya (0:3) hesablı məğlubiyyət verilib.
 
U-17 Liqasının “Neftçi” PFK – “Neftçi” İK İB oyununda “Neftçi” PFK-nın futbolçusu Murad Qarayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Matçın 77-ci dəqiqəsində “Neftçi” İK İB komandasının baş məşqçisi Ramin Babayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.
 
U-17 Liqasının “Turan Tovuz” – “Keşlə” oyununda “Turan Tovuz”un futbolçusu Eşqin Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının “İsgəndər Cavadov” BFA – “Sabah” oyununda “İsgəndər Cavadov” BFA komandasının futbolçusu Rəmzi Səfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının “Kəpəz” – “Qəbələ” oyununda “Kəpəz”in futbolçusu Nihad Qəribov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-16 Liqasının “Zirə” – “Turan Tovuz” oyununda “Turan Tovuz” futbolçusu Ayxan Kazımlı qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının “Azəri” TİM (Gəncə) – “Sumqayıt” oyununda “Sumqayıt”ın futbolçusu Murad Ağamalıyev oyunun 13-cü dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-15 Liqasının “Sabah” – “Qarabağ” oyununda “Qarabağ”ın futbolçusu Hüseyn Babayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-15 Liqasının “Zirə” – “Səbail” oyununda “Səbail”in futbolçusu Qədir Zeynalov “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
U-13 Liqasının “Şirvan (Şirvan)” – “Şərq-Hacıqabul” oyununda “Şərq-Hacıqabul”un futbolçusu Ramin Nəhmədov hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Şərq-Hacıqabul”un baş məşqçisi Şahin Ofçuyev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-12 Liqasının “Azəri” TİM (Gəncə) – “Gəncə” TİM (Gəncə) oyununda “Azəri” TİM (Gəncə) komandasının baş məşqçisi Elşən Əliyev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın 2-ci turunun “Baku Fire” – “Xilə” oyununda “Baku Fire” komandasının 5 nömrəli futzalçısı İbrahim Zeynalov hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın 2-ci turunun “Araz” – “Neftçi” İK oyununda “Araz”ın futzalçısı Amir Şocaei qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın 1-ci turunun “Şuşa” MFC  – “Baku Fire-2” oyununda “Şuşa” MFC komandasının futzalçısı Taleh Ağayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın 1-ci turunun “Şuşa” MFC  – “Baku Fire-2” oyununda “Şuşa” MFC  komandasının 5 nömrəli futzalçısı Əhməd Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın 1-ci turunun “Şuşa” MFC  – “Baku Fire-2” oyununda “Baku Fire-2” komandasının 10 nömrəli futzalçısı İmaməli Hüseynov oyunun 8-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın 1-ci turunun “Şuşa” MFC  – “Baku Fire-2” oyununda “Baku Fire-2” komandasının 11 nömrəli futzalçısı Rəhim Rəhimov oyunun 29-cu dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın 1-ci turunun “Zülfüqar” – “Hövsan” oyununda matç bitdikdən sonra “Zülfüqar” komandasının futzalçısı Vüsal Məmmədov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Zülfüqar” komandasının 10 nömrəli futzalçısı Elmir Adiyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Zülfüqar”ın 8 nömrəli futzalçısı Şəhriyar Gülüşov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Zülfüqar”ın 7 nömrəli futzalçısı Elmir Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Zülfüqar” – “Hövsan” oyunu yarımçıq dayandırıldığı üçün “Zülfüqar” komandasına (0:5) hesablı məğlubiyyət verilib.
 
Futzal üzrə İkinci Liqanın 1-ci turunun “Star Karqo-2” – “Atletiko Baku” oyununda “Atletiko Baku” komandasının baş məşqçisi Zaur Səmədov ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest