Xatırladaq ki, çempionatın əvvəlki günlərində komandamızın üzvləri Babək Hacıyev (M-4, 60 kq) qızıl, Mübariz Cəfərov (M-5, 81 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq), Tural Səfquliyev (M-1, 100 kq) və Azər Əsgərov (M-5, +100 kq) isə bürünc medal qazanıblar.

Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatına yekun vurulub. Matc.az xəbər verir ki, mötəbər yarışın sonuncu günündə cüdoçularımız daha 3 medal qazanıblar.
 
Təmsilçilərimizdən Məmməd Məmmədov (M-2, 73 kq) gümüş, Vüqar Babayev (M-2, 66 kq) və İntiqam Ələkbərov (M-2, 100 kq) isə bürünc medala yiyələniblər.
 
Xatırladaq ki, çempionatın əvvəlki günlərində komandamızın üzvləri Babək Hacıyev (M-4, 60 kq) qızıl, Mübariz Cəfərov (M-5, 81 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq), Tural Səfquliyev (M-1, 100 kq) və Azər Əsgərov (M-5, +100 kq) isə bürünc medal qazanıblar.
 
43 ölkədən 350-dən çox idmançının mübarizə apardığı dünya çempionatında Azərbaycan 15 cüdoçu ilə təmsil olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest