Mundialın altıncı günü 2 boksçumuz mübarizə aparacaq. Malik Həsənov (63,5) Ovannes Baçkovla (Ermənistan), Mirşərif Kazımzadə (75 kq) Soma Mesterlə (Macarıstan) qüvvəsini sınayacaq.

Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, mundialın beşinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
 
İlk görüşdə çarles Petit-Hommu (Haiti) mübarizədən kənarlaşdıran Tayfur Əliyev (60 kq) 1/16 finalda italiyalı Simone Spada ilə üz-üzə gəlib. Boksçumuz bu dueldən də qalib ayrılıb. O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Əliyev 1/8 finalda Arslan Xatayevlə (Finlandiya) münasibətinə aydınlıq gətirəcək. Görüş oktyabrın 31-də olacaq.
 
Onun qardaşı Sərxan Əliyev də dünya çempionatına qələbə ilə başlayıb. 71 kq çəkidə rinqə çıxın boksçu Stefen Nevnsi (Şotlandiya) məğlub edib – 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26). Əliyev 1/8 finalda yaponiyalı Yuta Akiyama ilə döyüşəcək. Görüş oktyabrın 31-nə təsadüf edəcək.
 
Mundialın altıncı günü 2 boksçumuz mübarizə aparacaq. Malik Həsənov (63,5) Ovannes Baçkovla (Ermənistan), Mirşərif Kazımzadə (75 kq) Soma Mesterlə (Macarıstan) qüvvəsini sınayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest