Qadınlardan ibarət millimiz noyabrın 1-də U-23 dünya çempionatında iştirak etmək üçün Serbiyaya yollanacaq. Matc.az xəbər verir ki, məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun rəhbərliyi altında Belqradda Şəhanə Nəzərova (50 kq), Tatyana Varansova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) mübarizə aparacaq.
 
Noyabrın 2-də keçiriləcək püşkatma mərasimindən sonra güləşçilərimizin rəqibləri müəyyənləşəcək.
 
Növbəti gün Şəhanə və Elnurə xalça üzərinə çıxacaq. Ayın 4-də isə Tatyana, Jalə və Birgül mübarizəyə qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest