01 Noyabr 2021, 18:00
DÖYÜŞ NÖVLƏRİ
Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı start götürüb. Matc.az xəbər verir ki, ilk yarış günündə 5 güləşçimiz xalçaya çıxıb.
Mübarizəyə ikinci mərhələdən qoşulan Nihad Quluzadə sonuncu xal prinsipinə əsasən İran təmsilçisinə uduzub.
Həsən Məmmədli 1/8 finalda moldovalı rəqibinə yenilib.
Qurban Qurbanov ilk mərhələdə Bolqarıstan idmançısına vaxtından əvvəl qalib gəlib. Ancaq 1/4 finala adlamaq mümkün olmayıb.
Məhəmməd Əhmədiyev debütdə yerli güləşçiyə məğlub olub.
Sərxan Məmmədov ilk görüşdə çilidən olan həmkarına "tuşe" ilə qalib gəlib. Həmyerlimiz 1/4 finalda Macarıstan təmsilçisinə uduzub.
55 kq
1/8 final: Nihad Quluzadə - Poya Dad Marz (İran) 1:1*
63 kq
1/8 final: Həsən Məmmədli - Korneliu Rusu (Moldova) 3:5
77 kq
1/16 final: Qurban Qurbanov - Zlatomir Emilov (Bolqarıstan) 9:0
1/8 final: Qurban Qurbanov - Samvel Qriqoryan (Ermənistan) 1:5
87 kq
1/16 final: Məhəmməd Əhmədiyev - Mario Vukoviç (Serbiya) 3:8
130 kq
1/8 final: Sərxan Məmmədov - Dieqo Almendras (çili) 4:0 (tuşe)
1/4 final: Sərxan Məmmədov - Dariuş Vitek (Macarıstan) 1:4