01 Noyabr 2021, 23:52
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında təsəlliverici görüşlərə qatılacaq.
Matc.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançının 1/8 finalda uduzduğu iranlı Poya Dad Marz finala yüksəldiyindən o, bürünc medal qazanmaq şansını saxlayıb. Quluzadənin rəqibi özbəkistanlı İxtiyar Botirov olacaq.
Dünya çempionatında bu gün Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə başlayıb. Onlardan 4-ü - Həsən Məmmədli (63 kq), Qurban Qurbanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yarışla vidalaşıb.
55 kq
1/8 final: Nihad Quluzadə - Poya Dad Marz (İran) 1:1*
Təsəlliverici görüş: Nihad Quluzadə - İxtiyar Botirov (özbəkistan)