03 Noyabr 2021, 12:23
DÖYÜŞ NÖVLƏRİ
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün mundialda qadın güləşçilər mübarizəyə qoşulacaq.
Yarışda ölkəmizi 5 qadın güləşçi təmsil edir. Şəhanə Nəzərova (50 kq) və Elnurə Məmmədova (55 kq) bu gün, Tatyana Varansova (53 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) isə sabah mübarizəyə start verəcək.
Püşkatmanın nəticələriylə tanış olun:
50 kq
Təsnifat: Şəhanə Nəzərova - Yunq Lin (çin Taypeyi)
53 kq
Təsnifat: Tatyana Varansova - Yekaterina Verbina (Rusiya)
55 kq
1/4 final: Elnurə Məmmədova - Eda Tekin (Türkiyə)
62 kq
Təsnifat: Jalə Əliyeva - Anna Fabian (Serbiya)
65 kq
1/8 final: Birgül Soltanova - Ayna Temirtassova (Qazaxıstan)