"Yerli oyunçular bu cür oyunlara cavab vermirlər. Emin Mahmudov istisnadır. Bizim yaralı yerimiz yerli futbolçulardır".

"Neftçi"də yerli futbolçuların zəif olduğunu deyə bilmərəm. Başqa klublara baxanda heç də zəif deyillər". Matc.az xəbər verir ki, bunu "Nefçi-2″nin baş məşqçisi Mahmud Qurbanov əsas komanda ilə bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.
 
Qurbanov, futbolda axsamaların qaçılmaz olduğunu bildirib:
 
"Biz hansısa insanın ideal olduğunu deyə bilmərik. Axsamalar olur və bu o demək deyil ki, oyunçular keyfiyyətsizdir".
 
"Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında komandasındakı yerli oyunçuların istənilən səviyyədə olmadığını demişdi:
 
"Yerli oyunçular bu cür oyunlara cavab vermirlər. Emin Mahmudov istisnadır. Bizim yaralı yerimiz yerli futbolçulardır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest