Koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatmasından əvvəl anılıb. Matc.az xəbər verir ki, tədbir bir dəqiqəlik sükutla başlayıb və Əşrəfoğlunun fotosu böyük ekranda göstərilib.
 
Elnur Əşrəfoğlu Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini olub. O, sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. O, oktyabrın 19-da müalicə olunduğu xəstəxanada vəfat edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest