04 Noyabr 2021, 18:58
DÖYÜŞ NÖVLƏRİ
AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymanini, ardınca rumıniyalı Pol Aradoaeni mübarizədən kənarlaşdıran Alfonso 1/4 finalda rusiyalı Şarabutdin Atayevə qalib gəlib.
Azərbaycan boksçusu Alfonso Dominqes Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib. Matc.az xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi yarımfinalda kubalı Ruis Kordobanı məğlub edib.
Asif Axundov klubunun üzvü gərgin keçən döyüşü 4:1 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. Alfonso sabah baş tutacaq həlledici qarşılaşmada braziliyalı Keno Maçadonu sınağa çəkəcək.
Bu gün baş tutacaq yarımfinallarda Azərbaycan millisinin daha 2 üzvü rinqə çıxacaq.
AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymanini, ardınca rumıniyalı Pol Aradoaeni mübarizədən kənarlaşdıran Alfonso 1/4 finalda rusiyalı Şarabutdin Atayevə qalib gəlib.