Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, dördüncü yarış günündə son 3 qadın güləşçimiz mübarizəyə qoşulub.
 
Jalə Əliyeva debütdə yerli idmançıya məğlub olub. Birgül Soltanova Qazaxıstan güləşçisiylə görüşdə 7:0 hesabıyla öndə olsa da, bu üstünlüyünü sonadək qoruya bilməyib.
 
Tatyana Varansova startda rusiyalı rəqibinə uduzub. Digər güləşçilərimizdən fərqli olaraq, Tatyananın uduzduğu rəqib finala qədər irəliləyib. Bu üzdən də Varansova sabah təsəlliverici görüşlərə qatılacaq. O, ilk təsəlliverici qarşılaşmada monqolustanlı Munkhgerel Munkhbetlə üz-üzə gələcək.
 
53 kq
Təsnifat: Tatyana Varansova - Yekaterina Verbina (Rusiya) 0:10
Təsəlliverici görüş:  Tatyana Varansova - Munkhgerel Munkhbet (Monqolustan)
 
62 kq
Təsnifat: Jalə Əliyeva - Anna Fabian (Serbiya) 3:6
 
65 kq
1/8 final: Birgül Soltanova - Ayna Temirtassova (Qazaxıstan) 7:8

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest