İngiltərənin "Nyukasl" klubunun yeni baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin "sükan"ı Eddi Hauya tapşırılacaq.
 
Bu barədə "Sky Sports" telekanalı məlumat yayıb. Xəbərdə, tərəflər arasında 2.5 illik razılaşmanın əldə olunduğu bildirilib.
 
Eddi Hau son olaraq "Bornmut" klubunda baş məşqçilik edib. O, hazırda işsizdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest