Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Bursa təmsilçisinin yeganə qolunu da Namik vurub. Millimizin üzvü 61-ci dəqiqədə penaltidən fərqlənib. Bu, onun Türkiyə təmsilçisindəki ikinci qoludur.

Futbol üzrə Türkiyə 1-ci liqasında 12-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası "Bursaspor" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Kocaelispor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Bursa təmsilçisinin yeganə qolunu da Namik vurub. Millimizin üzvü 61-ci dəqiqədə penaltidən fərqlənib. Bu, onun Türkiyə təmsilçisindəki ikinci qoludur.
 
"Bursaspor" 12 turdan sonra 14 xalla 19 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest