08 Noyabr 2021, 20:27
DÖYÜŞ NÖVLƏRİ
Serbiyanın paytaxtı Belqradda keçirilmiş dünya çempionatında 3-cü yeri tutmuş Məhəmməd Abdullayev Azərbaycan Boks Federasiyasının rəsmi saytına açıqlama verib.
Matc.az xəbər verir ki, +92 kq çəki dərəcəsində yarışan idmançımız böyüklər arasında fəxri kürsüyə yüksəlməyin ona əlavə stimul verəcəyini bildirib:
"Yarışa yaxşı hazırlaşmışdım. Gedişat püşkdən də asılı idi. Hər şey yaxşı gətirdi, döyüşlər normal gedirdi. Dünya çempionatı mənim üçün xeyirli oldu. Düzdür, çəkimdə sparrinq üçün rəqibim yoxdur. Bu mənim daha yaxşı olmağım üçün mənfi cəhətdir. Yarışlarda iştirakla döyüş keçirirəm".
O, "Yarımfinalda qələbə üçün nə çatmadı"? sualına belə cavab verib: "Fikrimcə, rəqibdən öncə hakimləri udmaq lazımdır. Amma bu bürünc medal mənə əlavə stimul oldu. Qarşıda Olimpiada da var. Medal reytinq baxımından da mənə faydalıdır".