Futbol üzrə A Seriyasının 12-ci turunda "İnter"lə heç-heçə edən (1:1) "Milan" özünə məxsus olan rekordu yeniləyib. Matc.az xəbər verir ki, çempionat 3 xallıq sistemlə keçiriləndən bəri "qırmızı-qaralar" ilk dəfə A Seriyasında startdakı 12 oyunda 32 xal yığa bilib.
 
Stefano Piolinin çalışdırdığı komanda buna 10 qələbə və 2 heç-heçə sayəsində nail ola bilib. 
 
Xatırladaq ki, İtaliya A Seriyası 1994/95 mövsümündən etibarən 3 xallıq sistemlə keçirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest