10 Noyabr 2021, 20:06
DÖYÜŞ NÖVLƏRİ
Gənclərdən ibarət Azərbaycan milli komandasının üzvü Fərid Ağayev (-75 kq) Almaniyanın Halle şəhərində Vado-Kai karate üzrə 48-ci Avropa çempionatında qızıl medala sahib olub.
Matc.az xəbər verir ki, həmin yaş qrupunda digər idmançımız Abbas Dadaşov (+78 kq) isə ilk döyüşündə almaniyalı rəqibinə 5:0 hesabı ilə qalib gəlsə də, çiynindən zədələndiyindən (çıxıq) mübarizəni yarımçıq dayandırmalı olub.
Karateçilərimiz bu mötəbər yarışda Azərbaycan Vado-Ryu Karate-Do Federasiyasının Prezidenti Vilayət Əmirovun rəhbərliyi altında çıxış ediblər. Əməkdar məşqçi, Avropa Vado-Kai Karate Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi Gündüz Mahmudov və milli dərəcəli hakim Vidadi Mahmudov da heyətdə yer alıb.