10 Noyabr 2021, 23:40
DÖYÜŞ NÖVLƏRİ
Dekabrda Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan qadınlar arasında boks üzrə dünya çempionatı 2022-ci ilə təxirə salınıb.
Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Boks Federasiyasının (AİBA) rəsmi saytı məlumat yayıb.
Bu qərar ölkədəki epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub.
Yarış 6-19 dekabrda keçirilməli idi.