Xatırladaq ki, Azərbaycan millisi Xorvatiyaya səfərdə 0:2, evdə 1:5, Avstriyaya səfərdə 0:6, evdə 0:3 hesabı ilə uduzub, yalnız Finlandiya ilə ev oyunundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

Azərbaycanın U-21 milli komandası bu gün Aç-2023-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı yığmamız A qrupundakı altıncı matçında Norveçlə üz-üzə gəlib.

Komandamız bu rəqiblə Bakıdakı "Bakcell Arena"da qarşılaşıb. Əvvəlki oyunlarda cəmi 1 xal qazanmış millimiz qələbə həsrətinə son qoymağa çalışsa da, bu dəfə də məğlubiyyətlə üzləşib.

Xatırladaq ki, Azərbaycan millisi Xorvatiyaya səfərdə 0:2, evdə 1:5, Avstriyaya səfərdə 0:6, evdə 0:3 hesabı ilə uduzub, yalnız Finlandiya ilə ev oyunundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

Aç-2023-ün seçmə mərhələsi
A qrupu
16 noyabr

Azərbaycan – Norveç 1:2
Qol: İsmayıl Zülfüqarlı, 80 – Yohan Hove, 4. Osame Sahraui, 53.
Hakimlər: Vasilis Fotias, Krisula Korompiliya, Andreas Meintanas, Agelos Evangelu (Yunanıstan).
Bakı. "Bakcell Arena".

Azərbaycan: 22. Nicat Mehbalıyev, 2. Zamiq Əliyev, 4. Cəlal Hüseynov, 5. Rauf Hüseynli (k), 6. İldar Ələkbərov (17. Rüfət Abdullazadə, 62), 7. Turan Vəlizadə, 9. Musa Qurbanlı (18. Mustafa Yıldırım, 76), 10. Asim Əlizadə (21. İsmayıl Zülfüqarlı, 62), 11. Şakir Seyidov, 23. Emil Mustafayev (20. Abdulla Rzayev, 88), 14. Samet Karakoç (19. Hüseyn Mürsəlov, 76).
Ehtiyat oyunçular: 1. Rüstəm Samiquliln, 8. Səbuhi Abdullazadə, 13. Nihad Quliyev, 16. Fərid Yusifli.
Baş məşqçi: Milan Obradoviç.

Norveç: 12. Mads Kristiansen, 2. Sebastian Soraaş (18. Eskil Smidesang Edh, 72), 3. Leo Fuhr Hyelde, 4. Jesper Daland, 6. Yohan Hove, 7. Sivert Mannsverk (19. Emil Breivik, 72), 9. Yorgen Larsen (k), 10. Osame Sahraoui (8. Hakon Evjen, 72), 11. Noah Jean Holm, 13. Ole Martin Kolskogen, 21. Tobias Kristensen (20. Martin Nyoten Palumbo, 88).
Ehtiyat oyunçular: 1. Kristoffer Klaesson, 5. Henrik Heggheim, 14. Robin Dahl Ostram, 15. Elias Hagen, 22. Oscar Aga.
Baş məşqçi: Leif Gunnar Smerud.

Xal durumu: Xorvatiya – 15, Norveç – 15, Avstriya – 12, Finlandiya – 10, Azərbaycan – 1, Estoniya – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest