25 Yanvar 2019, 12:50
AVRO-2024
AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Xorvatiya yığmasının yalnız 1 ev oyununun yeri bilinir. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, "damalılar" martın 21-də yığmamızı Zaqrebdə qəbul edəcək.
Bu, eyni zamanda dünya ikincisinin "Maksimir" stadionunda seçmə mərhələnin son oyunu ola bilər. çünki Xorvatiya Futbol Federasiyası digər stadionlara üstünlük vermək niyyətindədi. Komandanın iyunun 8-də Uelsi hansı arenada qəbul edəcəyi bəlli deyil. Oktyabrın 10-da Macarıstanla və ya noyabrın 16-da isə Slovakiya ilə qarşılaşmanın Splitə salınması planlaşdırılır.
Qeyd edək ki, Xorvatiya qrup mərhələsində millimizlə Bakıda sentyabrın 9-da üz-üzə gələcək.