20 Noyabr 2021, 18:22
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş dünya çempionatının qalibi olub.
Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş dünya çempionatının qalibi olub. Matc.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançının finaldakı rəqibi italiyalı Silvia Semeraro olub.
Bu qarşılaşmadan qələbə ilə ayrılan Zaretska karyerasında 2-ci dəfə dünya çempionu adını qazanıb.
Azərbaycanın daha bir karateçisi Asiman Qurbanlı isə bürünc medal görüşünə çıxıb. 84 kq-dan yuxarı çəkidə yer alan idmançı çilili Rodriqo Roxasla qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn Qurbanlı dünya üçüncüsü olub.
Bu gün Azərbaycanın kumite üzrə kişilərdən ibarət yığma isə bürünc medal uğrunda yarışacaq. Komandamız özbəkistanla üz-üzə gələcək.