04 Dekabr 2021, 12:45
DÖYÜŞ NÖVLƏRİ
Belə ki, 50 kq çəki dərəcəsində çıxış edən qadın güləşçimiz Mariya Stadnikə 3000 ABŞ dolları ayrılıb. 2 qat dünya və 8 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı 60 xalla dünya reytinqində 3-cü olduğundan, bu mükafata layiq görülüb.
Azərbaycanın daha bir güləşçisi Dünya Güləş Birliyindən (UWW) pul mükafatı alıb. Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Belə ki, 50 kq çəki dərəcəsində çıxış edən qadın güləşçimiz Mariya Stadnikə 3000 ABŞ dolları ayrılıb. 2 qat dünya və 8 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı 60 xalla dünya reytinqində 3-cü olduğundan, bu mükafata layiq görülüb.
Bu çəki dərəcəsində ilk pillədə ABŞ təmsilçisi Sara Hilderbrandt (82 xal) qərarlaşıb. İkinci sıranı isə yaponiyalı Yui Susaki (68 xal) tutur.
Xatırladaq ki, UWW bundan öncə Azərbaycanın daha beş güləşçisinə pul mükafatı ayırmışdı. Belə ki, sərbəst güləşçimiz Osman Nurməhəmmədov (92 kq) 3000 ABŞ dolları, yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) isə 10000 dollar mükafat əldə edib. Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sənan Süleymanov (77 kq) da üçüncü olduğu üçün, 3000 dollar mükafat əldə edib.