Dekabrın 7-dən 9-dək Bakı İdman Sarayında güləş üzrə Azərbaycan çempionatı keçiriləcək. Matc.az xəbər verir ki, bu gün yarışla əlaqədar olaraq Azərbaycan Güləş Federasiyasının rəhbərliyinin iştirakıyla görüşləri idarə edəcək beynəlxalq və milli dərəcəli hakimlər üçün seminar keçirilib. 
 
Tədbirdə ədalət təmsilçilərindən maksimum diqqətli olmaq və qarşılaşmaları dəqiq, qərəzsiz idarə etmək tələb olunub. Daha sonra müxtəlif görüşlərdən mübahisəli epizodlar video görüntülərlə izah edilib.
 
Bu gün həm də yunan-Roma güləşi üzrə müxtəlif klub və cəmiyyətlərin, eləcə də bölgələrin komandalarının məşqçilərinin iştirakıyla seminar baş tutub. Yarışla bağlı müəyyən tövsiyyələri dinləyən mütəxəssislər öz təkliflərini də səsləndiriblər. Yekunda güləşin klassik növündə bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib.
 
Qeyd edək ki, sabah 55, 60, 63, 67, 72, 77 və 82 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparacaq. 87, 97 və 130 kq-da yer alan pəhləvanlar isə dekabrın 8-də çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest