08 Dekabr 2021, 10:33
DÖYÜŞ NÖVLƏRİ
Kişi və qadınlar arasında cüdo üzrə Azərbaycan Kubokuna start verilib. Matc.az xəbər verir ki, yarış Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunur.
Turnirin ilk günündə qadınlar arasında 48 kq (11 iştirakçı) və 63 kq (8 iştirakçı), kişilər arasında isə 60 kq (56 iştirakçı) və 81 kq (37 iştirakçı) çəki dərəcələrində qaliblər və mükafatçılar bəlli olub.
Qeyd edək ki, dekabrın 9-dək qədər davam edəcək turnir koronavirus pandemiyası səbəbindən ölkədə davam edən karantin rejiminə görə azarkeşsiz keçirilir.
Kişilər
60 kq
1. Ağayev Balabəy (Neftçi İdman Klubu)
2. Əliyev Rövşən Kamil oğlu (Neftçi İdman Klubu)
3. Talıbov Nazir (Fövqəladə Hallar Nazirliyi İdman Sağlamlıq Klubu)
3. Yusifov Əhməd Elşad oğlu (Neftçi İdman Klubu)
81 kq
1. Hacıyev Elcan (Şahin İdman Klubu)
2. İmamverdiyev Məhərrəm (Qala İdman Klubu)
3. Tçkayev Zelim (Neftçi İdman Klubu)
3. Allahverdiyev Kərim (Fövqəladə Hallar Nazirliyi İdman Sağlamlıq Klubu)
Qadınlar
48 kq
1. Vəliyeva Aydan (Neftçi İdman Klubu)
2. Əliyeva Könül (Gəncə şəhəri)
3. Həmidova Şəfəq (Atilla İdman Klubu)
3. Qurbanlı Ayşə (Neftçi İdman Klubu)
63 kq
1. Qardaşxanlı Aytac (Balaxanı Olimpiya İdman Kompleksi)
2. Şoranova Diana (Kanokan-TT İdman Klubu)
3. Hüseynova Leyla (Zirvə İdman Klubu, Abşeron)
3. Hacıyeva Nərgiz İsmayıl qızı (2012 Cüdo Klubu)