12 Dekabr 2021, 12:03
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycan para-taekvondoçusu Sabir Zeynalov Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb. Matc.az xəbər verir ki, K-44 seriyası üzrə 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk rəqibi, Tokio-2020 Yay Paralimpya Oyunlarının gümüş mükafatçısı, misirli Əhməd Yasirə (23:12), ardınca rusiyalı Vasili Vigilianskiyə (28:14), daha sonra braziliya təmsilçisi Fabrisio Mankez De Souzaya (32:1) qalib gələrək yarımfinala adlayıb.
Həlledici döyüşə vəsiqə uğrunda görüşdə türkiyəli Əli özcana məğlub olan Zeynalov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.