12 Dekabr 2021, 17:17
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycan cüdoçusu Rüstəm Orucovun çıxış etdiyi Serbiyanın "Srvena Zvezda" komandası Fransanın paytaxtı Parisdə keçirilən Klublararası Avropa çempionatında uğurlu nəticəyə imza atıb.
Matc.az xəbər verir ki, 73 kq-da mübarizə aparan 30 yaşlı idmançının komandası turnirdə ikinci yeri tutub.
Rüstəm Orucov Rio-2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, həmçinin Avropa çempionudur.