"Cenoa" İtaliya A Seriyasının 18-ci turunda "Latsio"ya uduzub – 1:3. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bu məğlubiyyət Genuya təmsilçisinin baş məşqçisi Andrey Şevçenko üçün antirekordla əlamətdar olub.
 
Belə ki, ukraynalı mütəxəssis "Cenoa" ilə ilk 6 matçında qələbə qazana bilməyib. Genuya təmsilçisi bu oyunlarda 5 məğlubiyyət alıb, 1 dəfə də heç-heçə edib. Bu, klub tarixi üçün antirekorddur.
 
Şevçenko ötən ay "Cenoa"ya baş məşqçi təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest