"Çempionatı da özümüzün keçirəcəyinə ümid edirəm. 2024-cü ilin Olimpiya Oyunlarından sonra 2028-ci ildə təşkil olunacaq Olimpiadanı da həll edəcəyik"

Beynəlxalq Boks Assosiasiyasının (İBA) prezidenti Umar Kremlyov Azərbaycana işgüzar səfərə gəlib. Matc.az xəbər verir ki, o, ölkəmizdə gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovla görüşəcək. Umar Kremlyov həmçinin Boks Mərkəzində milli komandanın üzvləri ilə görüşəcək.
 
İBA rəhbəri hava limanında jurnalistlərə səfərinin məqsədi barədə danışıb: "Səfərimin məqsədi odur ki, Bakı, ümumiyyətlə Azərbaycan boksçular ölkəsidir. Belqradda keçirilən son dünya çempionatının nəticələrinə əsasən demək olar ki, Azərbaycan boksçuları gözəl nəticələr göstərdilər. Məşqçilərlə görüşmək, boksun inkişafı barədə danışmaq, rəsmi görüşlər və beynəlxalq turnirlərin keçirilməsini müzakirə etmək üçün gəlmişəm".
 
Kremlyov boksun Yay Olimpiya Oyunlarının proqramındakı taleyi ilə bağlı sualı da cavablandırıb: "Boksun 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarının proqramında olacağı təsdiqlənib. Bizim Beynəlxalq Olimpiya Komitəsi ilə fəaliyyət planımız var. 2023-cü ilədək bütün tövsiyələri yerinə yetirəcəyik. çempionatı da özümüzün keçirəcəyinə ümid edirəm. 2024-cü ilin Olimpiya Oyunlarından sonra 2028-ci ildə təşkil olunacaq Olimpiadanı da həll edəcəyik".
 
Qeyd edək ki, İBA prezidentinin Azərbaycana səfəri dekabrın 24-də başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest