Avropa Konfrans Liqasının "Twitter"dəki rəsmi səhifəsində "Qarabağ" klubu haqqında növbəti paylaşım edilib. Matc.az xəbər verir ki, postda "Qarabağ" üçün oynayan sevdiyiniz futbolçu kimdir" sualı ünvanlanıb.
 
Sorğuda iştirak edənlərin əksəriyyəti Abdullah Zubiri fərqləndirib. Şərhlərdə komandanın sabiq oyunçularının da adları yazılıb.
 
"Qarabağ" Avropa Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb. Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə uğrunda Fransanın "Olimpik" (Marsel) komandası ilə mübarizə aparacaq. İlk oyun fevralın 17-də səfərdə, cavab matçı isə bir həftə sonra Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest